Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası (MMC) “Azərsu” Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.
“Report”un xəbərinə görə, bu barədə kinostudiya Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Belə ki, “Azərbaycanfilm” “Azərsu” ASC-yə qarşı su enerjisinin ödənilməsi barədə tələb irəli sürüb.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
İddia hakim Emin Əliyevin icraatına verilib.