Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.
Ulusestv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Paylaşımda F.Babayevin tələbələri onu təbrik edib.
Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.