Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Alakol kəndində hərəkətdə olan minik avtomobili idarəetməni itirib və hasara çırpılıb.
Baş verən hadisə zamanı 1999-cu il təvəllüdlü Vidadi Huseynov, 1998-ci il təvəllüdlü Elfaq İsmaylov, 1998-ci il təvəllüdlü Məhərrəm Mustafayev və 1995-ci il təvəllüdlü Azər Mehdiyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Mənbə: Oxu.Az