“Təəssüf ki, koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminə bəzi bölgələrdə məsuliyyətsiz yanaşılır”. ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Musa Quliyev deyib. M.Quliyev bildirib ki, qaydalara əməl etməmək virusun ikinci dalğasının gəlməsinə səbəb ola bilər. O təklif edib ki, Cinayət və İnzibati Xətalar Məcəllələrinə karantin rejiminin pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunsun. “Biz bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargahla məsləhətləşməliyik”, - deyə M.Quliyev vurğulayıb.