Ramazan müəllim son zamanlar sosial şəbəkələrdə Hirkan Milli Parkın direktoru Azər Mirzəyev digər işçilərlə bağlı mütəmaddi olaraq tənqidi yazılar barədə münasibətiniz bilmək istərdik.
- Azər Mirzəyev barəsində yazıllanları tənqidi yazı adlandırmaq düzgün deyil. Həmin yazılar böhtan və şantaj xarakterlidir. Tənqidi yazılarda obyektivlik və reallıq gözəçarpan olur. Lakin həmin yazıları yazan media nümayəndələrinin işlətdiyi pafoslu cümlələrini diqqətlə oxuyan hər bir oxucu bilir ki. Hirkan Milli Parkın rəbərliyi barəsində yazılan yazılar tənqidi yazı deyil, qərəzli və sifarişlidir.
Azər Mirzəyevlə bağlı yazılanların qərəzli və sifarişli olmasını açıqlaya bilərsinizmi?
- Media cəmiyyətin inkişafında əsas amildir. Hər bir müdia nümayəndəsi qərəzsiz və vijdanla çalışmalıdır. Vətəndaşların üzləşdiyi hər hansı problemi araşdırıb içtimaiyyətə düzgün çatdırmalıdır. Lakin Azər Mirzəyev barəsində yazılanlar içtimai əhəmiyyət kəsb etmir. Həmin yazıları yazan müəllif bir neçə nəfərin şəxsi maraqlarına xidmət edir. Əgər həmin müəlliflər Hirkan Milli Parkının mövcud vəziyyətini cəmiyyətə oybyektiv şəkildə çatdırmaq istəyirsə bəs Hirkan Milli Parkının Azər Mirzəyevdən əvvəlki vəziyyətini niyə təhlil etmir.
Onlar xatırlamalıdırlar ki, keçmişi təhlil edib nəticə çıxarmayan gələcəyə addımlaya bilməz.
Azər Mirzəyevin Hirkan Milli Parkında işğalçı rejim yaradıb mafiyya başçısı kimi kütləvi şəkildə qanunsuz ağac qırıntısını aparmasını yazanlar real həqiqətdən uzaqlaşaraq konkret olaraq heç bir fakt göstərə bilmirlər.
Hirkan Milli Parkında kütləvi ağac qırıntıları getməsi, çəkilən video görüntüləri ilə bağlı nə deyə bilərsiniz?
- Həmin görüntülərdə nə vaxt, harda və Hirkan Milli Parkının hansı Mşəbəyliyinin hansı dolayında kütləvi qırıntı getməsi barədə heç bir fakt yoxdur. Tam əminliklə deyə bilərəm ki, həmin video görüntülər qurulmuş bir oyundur.
El məsəlidir: “Od yanmasa tüstü çıxmaz”. Əgər Azər Mirzəyev qanun aliliyinə müqəddəs sayaraq sağlam yaşamağımız üçün əsas amil olan təbiətin qorunmasına və inkişafına xidmət edirsə, bəs niyə ondan əvvəl Hirkan Milli Parkında rəhbərlik edənlər onun kimi mediya gündəminə gəlmədilər?
- Azər Mirzəyevdən əvvəl Hirkan Milli Parkında rəhbərlik edənlərin dövrünmə diqqət yetirsək onda əsil həqiqət üzə çıxar. Həmin rəhbərlərin dövrlərində kütləvi ağac qırıntılarının qarşısını almaq mümkün olmurdu. Çünki Hirkan Milli Parkında bəzi məsul şəxslər dövlətin və cəmiyyətin maraqlarını yaddan çıxarıb öz şəxsi maraqlarına xidmət edirdilər. Onlar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əmək funksiyalarını layiqincə yerinə yetirməyib Hirkan Milli Parkında qanunsuz qırıntı getməsinə şərait yaradırdılar. Həmin rəhbərlər isə bu şəxslərə qarşı mübarizə aparmağa tərddüd edirdilər. Azər Mirzəyevin Hirkan Milli Parkında rəhbərliyə başladığı gündən etibarən həmin şəxslərə qarşı sərt və amansız mövqedə durub kəskin mübarizəyə başladı. Həmin şəxslər Hirkan Milli Parkında tutduğu vəzifələrdən uzaqlaşdılar. Zəhmətsiz gəlirə alışan bu şəxslər Hirkan Milli Parkında tutduğu vəzifələrə yenidən qayıtmaq üçün bir çox vasitələrə əl atdılar. Hər yerdən əli üzülən həmin şəxəslər öz şəxsi maraqlarına xidmət edən mediyadan gəlir mənbəyi kimi istifadə edən, jurnalist etikasından və jurnlaist mədəniyyətindən uzaq olan bəzi media nümayəndələri ətrafında birləşib Azər Mirzəyevdən qisas almaq mqəsədi ilə onu vəzifəsindən uzaqlaşdırmağa çalışırlar.
Siz əminsinizmi Azər Mirzəyev Hirkan Milli Parkında işləyən şəxsləri işdən kənarlaşdırarkən onlara qarşı qərəzli mövqe tutmayıb?
- Əgər Azər Mirzəyev kimə qarşı ədalətsiz olubsa və onun hüququnu pozubsa, bunun üçün ədalət məhkəməsi var, müraciət edib pozulmuş hüququnu bərpa edə bilər.
Siz əminsinizmi, indi hal-hazırda Hirkan Milli Parkında qanunsuz qıırntı getmir?
- Təbiəti qorumaq hər bir ölkə vətəndaşının konstitusion hüququ və vijdan borcudur. Əgər kiminsə əlində Hirkan Milli Parkında qırıntı getməsi barədə fakt varsa, hər zaman həmin şəxsin iştirakı ilə həmin faktı araşdırıb qanunamüvafiq tədbir görməyə hazırıq.
Siz uzun müddət daim maddi və məsul vəzifələrdə işləmisiniz, həm də Hirkan Milli Parkında ağsaqqalsınız. Bir ağsaqqal kimi son sözünüzü bilmək istərdik!
- Son sözüm budur ki, Hirkan Milli Parkı haqqında böhtan və qərəzli yazılar yazan vijdanı qarşsında Allahı yadına salıb düşünsün . Onun davam etmək istədiyi yol Mirzə Cəlilin, Üzeyirin, Nəriman Nərimanovun və Həsən Bəy Zərdabinin yoludur. Həmin şəxslər xalqı maarifləndirməyə çalışıblar. Onlar heç vaxtı öz maraqları uğrunda çalışmayıblar. Onların məqsədi xalq uğurnda çalışıb və xalqın şürunun oyanmasına xidmət ediblər.
Zahid Səmədov