İnsan həyatda arzularla yaşayır, arzulardan arzular doğurur, arzular həyata keşdimi, sonra daha yenisi yaranır, ümumiyyətlə həyat arzularla davam edir. Şərəfli peşə sahibi olmaq hər bir insanın ümdə arzusudur, bu sənət insanlara xeyir verən nəcib, şərəfli olanda daha tez nəzərə çarpır. Həkimlər demək olar ki, həyatını, sağlamlığını, insanların həyatda sağlam tərzdə yaşamasına sərf edirlər. Bundan məsuliyyətli, bundan ülvi nə iş ola bilər. İşində məsuliyyətli çalışan həkimlərdən söz edərkən bir anlıq Sumqayıt şəhər uşaq xəstəxanasında çalışan həkim personalı göz önünə gəlir. Bu yaxınlarda yolumu Sumqayıt şəhər uşaq xəstəxanasına salmışdım. Xəstəxanada gördüyüm münasibət həkim mehribançılığı peşəkar baxımından xəstələrə keyfiyyətli dəqiq diaqnozun qoyulması içimdə bir rahatlıq tapdı. Bu rahatlıq altında peşə fəaliyyəti məni burda da rahat buraxmadı. İstər-istəməz özümdən asılı olmayaraq gördüyüm mehribançılıq yüksək səviyyədə xəstələrə müayinənin aparılması mənə hərtərəfli bir xas olan ovqat bəxş etmişdir. Gözümdən qaçmayan nizam-intizam, xəstələrə göstərilən səmimi münasibət beynimdə belə bir cümləni formalaşdırdı. Həkimin müayinə və müalicəsindən çox onun şirin dili səmimiyyəti hər bir xəstəyə böyük məlhəmdir. Belə bir səmimiyyəti 2 il öncə Sumqayıt şəhər uşaq xəstəxansına təyin olunan baş həkim Müşviq Məmmədlinin timsalında gördüm. Müşviq Məmmədlinin xeyirxah insanlığı, peşəsinə məhəbbəti həkim kollektivi arasında böyük nüfuza malik olması məni də valeh etmişdir. Müşviq həkimlə söhbət apararkən sadaladıqlarımın bir daha şahidi oldum. Uşaq xəstəxanasında olduğum müddətdə xəstəxanaya gətirilən xəstələr həkimlər tərəfindən müayinə keçir, tam kursda müalicə olması, xəstələrə göstərilən mehribançılıq məni bir daha ruhlandırdı. Müşviq Məmmədli baş həkim təyin olunan gündən xəstəxanada aparılan təmir işləri yolxucu xəstəliklər şöbəsində bəzi müasir tipli avadanlıqlarının quraşdırılması xəstəxanada xəstələrə daha da yaxşı xidmət göstərilməsi hər bir xəstənin ürəyincədir. Xəstəxanada çalışan həkimlər tərəfindən müxtəlif əməliyyatlar peşəkarcasına yerinə yetirilir. Son 2 il ərzində xəstəxanaya müraciət edənlərin sayı artmaqla yanaşı uşaq ölümlərin sayı da azalıb. Bütün bunlar xəstəxanada çalışan savadlı həkimlərin personallığının yüksək səviyyədə olmasından xəbər verir. Müşviq həkim uşaqların sağlamlığının keşiyində möhkəm əzmlə dayanmağı bacarır. O, həyatının hər bir anını xəstə uşaqların sağalmasına sərf edir, zəhməti isə boşa getmir. O, zəhməti hesabına bir çox uğurlar əldə edib. Saysız-hesabsız xəstə uşaqların sağalmasında böyük əməyi olub. Ümidsiz xəstə uşaqların həyatına sevinc qığılcım səpib. Həyatdan küskün olan xəstə uşaqlara ikinci həyatı qaytarıb. Baş həkim Müşviq Məmmədli çalışdığı uşaq xəstəxanasında dərin hörmətini və rəğbətini qazanıb. Məhz Müşviq həkimin rəhbərliyi nəticəsində 2016-cı ildə Azərbaycan Həmkarlar İttifaqı Konfedrasiyası tərəfindən respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Sumqayıt şəhər xəstəxanasının kollektivinə “Sağlam və Təhlükəsiz Əmək Şəraitinin Yaradılması Üzrə İlin Ən Yaxşı Müəssisəsi” fəxri diplomuna layiq görülmüşdürlər. Xəstəxanada olduğum müddətdə xəstələr tərəfindən baş həkim Müşviq Məmmədlinin ünvanına söylənən fikirlər onlara göstərilən diqqət və qayğıdan razılıq məni də bir insan kimi sevindirdi. Baş həkim Müşviq Məmmədlinin ünvanına söylənən fikirlərlə bağlı olaraq qəlbimdən belə bir deyim keçdi. Nə yaxşı ki, yaxşılar yaşayır.
Baş həkim Müşviq Məmmədli Sizə uzun ömür, cansağlığı, çətin və şərəfli peşənizdə uğurlar arzulayıram.
Şamil Məmmədəlioğlu