Prezident İlham Əliyevin gösərişi ilə Azərbaycanın bölgələrinin elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri davam etdirilir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağstafa şəhərindəki 110/35/10 kilovoltluq elektrik yarımstansiyasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Yarımstansiya Ağstafa və Qazax rayonlarının elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılmasına, yüklənmələrin azalmasına və texniki itkilərin minimuma endirilməsinə hesablanıb.