Hazırda Sumqayıt Dövlət Universitetində (SDU) bütün sahələr üzrə - həm əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində, həm də tədrisin və elmi-tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi islahatlar aparılır.
“2019-cu ilin fevral ayından universitetin daxili imkanları hesabına əməkdaşlarının əmək haqları artırılıb. Amma bu günlərdə Prezidentimizin imzaladığı Sərəncamla doktorantların, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılması universitetimizin bütün tələbələrinin sevincinə səbəb olub, coşqu ilə qarşılanıb”, -deyə SDU-nun Mühəndislik fakültəsinin birinci kurs tələbəsi Vüsal Hacıyev bildirib.
O, ali və orta təhsil müəssisələrində bakalavr və magistratura səviyyəsində təhsil alan tələbələrin təqaüdünün artırılmasını yüksək dəyərləndirərək bunu təkcə maddi durumun artmasına yönəldilən addım kimi yox, həm də dövlətimizin elmə, təhsilə meylli gənclərinə stimul verəcəyinə, yaradıcılıq potensialın inkişafına yeni üfüqlər açacağına inamını bildirib.
AZƏRTAC