Ölkəmizin cənub bölgəsinin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə tanışlıq böyük marağımıza səbəb oldu. Dörd günlük ekskursiyadan sonra qusara zəngin təəssüratlarla qayıdırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş tur-aksiya çərçivəsində martın 15-18-də cənub bölgəsinə səyahət edən Qusar şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Edqar Şahbazov verdiyi müsahibəsində bildirib.
E.Şahbazov deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı, Astara və Masallı rayonlarında davam etdi. Bölgələrlə tanışlıq zamanı biz məktəblilər ölkəmizi daha yaxından tanıyır, dərslərdən öyrəndiklərimizlə əyani tanış oluruq. Biz bölgənin tarix və mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda da iştirak etdik. Bizə belə şərait yaratdıqlarına görə tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.”
AZƏRTAC