Hacıqabulda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Avtomobil piyadanı vurub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Atbulaq kəndindən keçən hissəsində qeydə alınıb.
Rayonun Qızılburun kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobil sürücüsü hadisə yerindən qaçıb.
Faktlabağlı araşdırma aparılır.