Qazaxda ehtiyatsızlıq bədbəxt hadisə ilə nəticələnib.
ulusestv.az "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Masallı rayon sakini, Qazaxda yaşayan 1993-cü il təvəllüdlü Həmidov Elvin ocaq yandırarkən şifer qırıntıları alovun təsirindən partlayıb. Yanıq xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.