Gəncədə qadın özünü öldürmək istəyib.
ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini 1980-ci il təvəllüdlü M.Q çoxlu dərman həbləri qəbul edərək özünü zəhərləyib.
Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub. M.Q-nın hansı səbəbdən intihara cəhd etdiyi hələ ki, məlum deyil.
İlkin dindirmə zamanı o, qonşusu ilə münaqişəyə görə özünü öldürmək istədiyini deyib
Faktla bağlı araşdırma aparılır.