Cənubi Sudanda “South West Aviation” aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb.
Ulusestv.Az "Qafqazinfo" ya istinadən xəbər verir ki, qəza nəticəsində azı 17 nəfər həlak olub.
Məlumata görə, təyyarə paytaxt Cuba şəhəri ətrafında aeroport yaxınlığında havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb. Qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda qəzanın baş verdiyi ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.