Misir Prezidenti Əbdül- Fəttah əs-Sisinin 7 dekabr tarixində Fransaya rəsmi səfəri Parisdə etirazla qarşılanıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nümayişçilər Milli Məclisin qarşısına toplaşaraq Prezident Emmanuel Makronun Sisiyi Elisey Saraynda qırmızı xalça ilə qarşılamasını qınayıblar.
Nümayişdə çoxlu sayda beynəlxalq insan hüquqları təşkilatının təmsilçiləri və Avropa İttifaqı parlamenterləri, müxalif deputatlar da iştirak edib.
Eyni zamanda Fransanın Misirə silah satmasına da etiraz olunub.