Argentinanın şimalında 5,9 bal gücündə zəlzələ baş verib. Ulusestv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri San-Salvador-de-Jujuy şəhərindən 144 kilometr qərbdə, ocağı isə 187 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.