Kamçatka sahillərində 6,9 bal gücündə zəlzələ olub.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 337 kilometr şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 57 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.