Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Yaponiyanın ən böyük adası olan Honsünun şərq sahillərində güclü zəlzələnin qeydə alındığını açıqlayıb.
Zəlzələnin maqnitudası 6,1 qiymətləndirilir.
Zəlzələnin episentri Xatinoxe şəhərindən 67 kilometr cənub-şərqdə yerləşir.
Hələlik Yaponiya hökuməti dağıntılar barədə məlumat verməyib.
Həmçinin sunami təhlükəsi elan edilməyib.
Mənbə: TASS