Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik rəsmi Berlindən 12 min tankəleyhinə raket istəyib.
Səfir qeyd edib ki, rəsmi Kiyev fevralın 13-də Berlinə verdiyi ağır silah tədarükü barədə sorğunu yeniləyib.
Sözügedən sənəddə Ukrayna Almaniyadan elektron izləmə sistemləri, minalardan təmizləmə vasitələri, rəqəmsal radiostansiyalar, gecə görmə və digər texniki avadanlıqlar istəyib.
Mənbə:Oxu.Az