Avstraliya Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edəcək.
Qərar Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini müstəqil siyasi subyekt kimi tanınmasına cavab olaraq atılıb.
Bu barədə Avstraliyanın baş nazir Skott Morrison məlumat verib.
Qərara əsasən Rusiyanın təmsil edən bir neçə nüfuzlu şəxsə Avstraliyada maliyyə əməliyyatlarını icra etmək qadağan ediləcək.
“Avstraliyaya giriş və maliyyə əməliyyatları qadağası Rusiya Federasiyası Təhlükəsizlik Şurasının səkkiz üzvünə şamil ediləcək və biz bu şəxslərin siyahısını genişləndirməyə davam edəcəyik”, - deyə Avstraliyanın baş naziri vurğulayıb.
Mənbə:Oxu.Az