• Haqqımızda
  • Reklam
  • Əlaqə

Тестовый сайт

  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ

Tarix : 8-07-2022, 12:19 Oxunub : 112 Bölmə :dunya / ust / manset
Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür” - MÜSAHİBƏ
Finlandiya və İsveç Türkiyə ilə imzalanan memorandumda qeyd olunan razılaşmaları yerinə yetirmək istəmirdi və istəmirlər. Ancaq Türkiyə yalnız əldə olunan razılaşmalardan sonra bu ölkələrin NATO-ya daxil olmasına qoyduğu vetonu ləğv etdi.

Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyədə yaşayan politoloq Ramiyə Məmmədova deyib:

- İmzalanan memoranduma baxmayaraq, isveçlilər və finlər ABŞ-dan təlimat almayana qədər PKK fəallarını terrorçu kimi qəbul etməyəcəklər. Türkiyə üzərində təzyiq vasitələrinə sahib olmaq istəyən Vaşinqton isə belə bir əmr verməyəcək. ABŞ indiyə kimi kürd qruplaşmalarına maliyyə və hərbi dəstək verdiyi kimi, bundan sonra da dəstəyini davam etdirəcək.

Mən gözləyirdim ki, Türkiyə bundan sonra da Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olmasına razı olmayacaq. Lakin ABŞ və Türkiyə Prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasındakı söhbət hər şeyi dəyişdi. Vaşinqtonun Rusiyaya daha çox təzyiq göstərməsi üçün şimal ölkələrinin NATO-ya üzv olması gərəkdir.

Məlumdur ki, Ağ Ev rəhbəri Ankaraya türk tərəfinin inkişafına ciddi sərmayə qoyduğu F-35-ləri əvəz edəcək çoxfunksiyalı F-16 qırıcılarının tədarükünü vəd edib. Digər məsələ Rusiyanın S-400 zenit-raket kompleksləridir. ABŞ Türkiyənin onlardan istifadə etməsini istəmir. Amma düşünürəm ki, yaxın gələcəkdə ABŞ artıq vəd edilmiş və siyasi sövdələşmə obyektinə çevrilmiş F-16-ları Türkiyəyə təhvil verməyəcək.

Finlandiya və İsveçə qayıtsaq, vəziyyət Yunanıstandakı kimi inkişaf edəcək. Türkiyədə bu məsələ bütün platformalarda aktiv şəkildə müzakirə olunur.

- İzah edin, məhz nəyi nəzərdə tutursunuz?

- Türkiyə NATO-da ikinci ən böyük quru ordusuna malikdir. Quruda Türkiyənin Yunanıstan üzərində üstünlüyü danılmazdır. Digər tərəfdən, Yunan tərəfinin yeni təyyarələr sayəsində artıq müəyyən üstünlüyə malik olduğu hava məkanıdır. Co Bayden F-16 ilə bağlı Ankara ilə danışıqlar aparmaq qərarına gəlib. Lakin amerikalılar Yunanıstana daha çox son nəsil F-35 təyyarəsi təhvil verməyə hazırdırlar. Bu isə NATO daxilində baş verir. Beləliklə, Finlandiya və İsveçdəki kürd terrorçuları ilə bağlı vəziyyətdə olduğu kimi Yunanıstana ən son təyyarələrin çatdırılması ilə də ABŞ Türkiyə üzərində təsir rıçaqları və nəzarət əldə etmək istəyir.

- Amma Ankaranın hələ də öz təsir rıçaqları var ki, məhz bu barədə də xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib - İsveç və Finlandiyanın üzvlüklə bağlı protokolları hələ Türkiyə parlamentində ratifikasiya edilməlidir...

- Bəli, bu vasitə hələ də var. Buna görə də indi Ankara sərt mövqe tutaraq kürd terrorçularının ekstradisiyasını tələb edir, isveçlilər və finlər bundan imtina edirlər. Amma ola bilsin ki, Stokholm və Helsinki bir neçə terrorçunu ekstradisiya etsin, protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasını gözləsin, sonra bu və digər məsələlərdə Ankara ilə əməkdaşlığı dayandırsın. Bilirsiniz ki, NATO-ya daxil olmaq çətindir, amma kimisə istisna etmək sadəcə mümkün deyil. NATO üzvü olan ölkə özü alyansdan çıxdığını bəyan etməlidir.

İndi Türkiyə çoxmərhələli oyun aparır: ABŞ-la münasibətləri korlamır, Vaşinqtondan F-16 təyyarələri, Finlandiya və İsveçdən terrorçuları almağa çalışır. Amma hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən terrorçu görünmür. İsveç və Finlandiya hakimiyyəti kürdlərin ekstradisiyasının əleyhinədir, əksəriyyəti ermənipərəst olan konqresmenlər artıq F-16-ların tədarükünə mane olmağı tələb ediblər və Konqresin təsdiqi olmadan belə bir sövdələşmə sadəcə olaraq mümkün deyil.
Ana səhifəyə qayıt

Oxşar xəbərlər:

  • İsveç və Finlandiya üçün Türkiyə icazəsi: Ankaranın tələbləri açıqlandı

    İsveç və Finlandiya üçün Türkiyə icazəsi: ...

    18-05-2022, 08:24

  • Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

    Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri ...

    4-09-2021, 11:24

  • Ərdoğan Azərbaycanla imzalanan memorandumu təsdiq etdi

    Ərdoğan Azərbaycanla imzalanan memorandumu təsdiq ...

    25-08-2021, 12:12

  • Türkiyə Prezidentindən ABŞ-ın mümkün sanksiyalarına reaksiya

    Türkiyə Prezidentindən ABŞ-ın mümkün ...

    11-12-2020, 15:28

  • Türkiyə və ABŞ prezidentləri Parisdə görüşdülər

    Türkiyə və ABŞ prezidentləri Parisdə görüşdülər ...

    11-11-2018, 11:53



все шаблоны для dle на сайте newtemplates.ru скачать


  • Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

    Bu gün Gündüz bəyin ad günüdür. Təbrik edirik!

  • Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

    Kanadanın Toronto şəhərində Azərbaycan bayrağı ucaldılıb

  • Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

    Azərbaycanda yaşayan Türkiyə vətəndaşları Ərdoğanı dəstəkləyiblər

  • Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

    Ermənilər sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdən mövqelərimizi atəşə tutdular

  • “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

    “Ərdoğanın qələbəsi Azərbaycanın və Türk dünyasının qələbəsidir” - ŞƏRH

  • ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

    ŞAİR QURBAN HÜSEYNƏ AĞIR İTKİ ÜZ VERİB

  • NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

    NAYORA Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

  • Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

    Bakı şəhəri 20 saylı Vəkil Bürosunun müdiri İlhamə Həsənova 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

  • "Qanun və İcra” proqramı tanınmış hüquqşünas Əkbər Yusifoğlunun təqdimatında - FOTO\VİDEO

  • AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 105

  • ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

    ŞƏHİD ANASI PREZİDENTƏ MÜRACİƏT ETDİ! - AÇIQ MƏKTUB/VIDEO

  • Xalq şairi Səməd Vurğunun anım günüdür

    Xalq şairi Səməd Vurğunun anım günüdür

  • Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

    Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

  • Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

    Dünya liderlərindən İlham Əliyevə təbrik məktubları

  • Yavər Rüstəmov Ad gününüz mübarək!

    Yavər Rüstəmov Ad gününüz mübarək!

  • TƏBRİK EDİRİK!!!

    TƏBRİK EDİRİK!!!

    © Copyright 2019, Bütün hüquqlar qorunur!