Rusiya Zelenskinin Krımda yerləşən villasını milliləşdirmək istəyir
Tarix : 1-11-2022, 08:26Oxunub : 66Bölmə :dunya / manset
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımda Yalta yaxınlığında yerləşən villası milliləşdirilməlidir”. Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sergey Sekov bildirib. “Əlbəttə, Zelenskinin villası da milliləşdiriləcək”, - deyə Sekov qeyd edib. O deyib ki, hər hansı şəkildə Kiyevlə bağlı olan hər şey Krımın mülkiyyətinə keçəcək. Mənbə: Oxu.Az