Mi-8 tipli hərbi helikopter Qırğızıstanın İssık-Göl gölünə düşüb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
“Cənubi İnılçek meydançası yaxınlığında Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb”, - baş qərargahın məlumatında deyilir.
Ekipaj Xan-Tenqri dağından alpinistlərin evakuasiya əməliyyatını həyata keçirirdi.
Hadisəyə səbəb kimi güclü külək göstərilib.