İyunun 15-17-də Helsinkidə kommersiya reysləri istisna olmaqla bütün uçuşlar qadağan olunacaq. Buna səbəb kimi Finlandiyanın paytaxtında keçiriləcək Rusiya və ABŞ liderlərinin görüşü olub.
ulusestv.az Rusiya KİV-ə istinadla xəbər verir ki, yerli polis qadağaların pilotsuz uçuş aparatlarına da aid olduğunu bildirib.
“Prezidentlərin səfəri istisna haldır və bu məsələdə riskə getmək olmaz. Məhdudiyyətlər yüksək vəzifəli qonaqların təhlükəsizliyini təmin etməlidir”, - məlumatda bildirilib.
“Helsingin Sanomat”ın məlumatına görə, bundan başqa, telefon xətlərinin işində fasilələr ehtimalı var. “DNA” və “Elisa” kimi mobil operatorlar iyulun 16-na planlaşdırılan Putin – Tramp görüşü ilə bağlı prezident sarayının yaxınlığındakı baza stansiyalarının işini modernləşdirməli olub.