Suriyanın cənub-qərbindəki hadisələri işıqlandıran 270 jurnalist Deraa əyalətində mühasirədədirlər.
ulusestv.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, hərbi əməliyyatlar aparılan zonada olan media mənsubları ölüm təhlükəsi ilə üz-üzədirlər.
Məlumatlara əsasən, hökumət qüvvələri jurnalistləri Kunteyrdəki kiçik əraziyə getməyə məcbur edirlər. Onlar isə öldürüləcəklərindən ehtiyatlanaraq İordaniya ilə sərhəddəki nəzarət-buraxılış məntəqəsinin açılmasını tələb edirlər.