Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının hücumundan sonra 70-ə yaxın hərbçi yoxa çıxıb.
ulusestv.azOxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Sinxua agentliyi məlumat yayıb.
Hadisə şənbə günü Bama rayonunda edilib. Silahlılar 8 maşından ibarət hərbi karvana hücum edib.
Mənbənin məlumatına görə, itkin düşən hərbçilər arasında 5 zabit də var.