ABŞ avqustda İrana zərbələr endirə bilər, bu işdə Vaşinqtona Avstraliya və Böyük Britaniya yardım edəcək.
ulusestv.az xəbər verir ki, bununla bağlı ABC telekanalı Avstraliya hökumətindəki mənbəyə istinadla məlumat verib.
Məlumata əsasən, Kanberra zərbələr endirmək üçün İrandakı obyektləri müəyyən etməkdə ABŞ-a yardım edə bilər. Bununla yanaşı, mənbənin sözlərinə görə, bu cür yardım hücumda yaxından iştirak etməklə bir tutula bilməz. O bildirib ki, ABŞ-a analoji köməyi Britaniya xüsusi xidmət orqanları da göstərə bilər.
Telekanal bildirib ki, Avstraliya hökumətində Trampın real təhlükəsi ilə bağlı fikirlər haçalanıb. Bəziləri ABŞ-ın İrana hücumunu mümkün hesab edir, digərləri isə bu hücumun Yaxın Şərq regionunda vəziyyəti kəskinləşdirəcəyini bildirirlər.