Stiven Siqalın Rusiya XİN-nin Moskva-Vaşinqton arasında humanitar əlaqələr məsələləri üzrə xüsusi nümayəndəsi təyin olunması fonunda adı çəkilən xarici siyasət idarəsinin rəsmisi Mariya Zaxarova Facebook-da məşhur hollivud aktyoru ilə şəkilini paylaşıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Zaxarova Bakıda “Jara-2018” beynəlxalq musiqi festivalında çəkilmiş fotoşəkili “İş yoldaşımla” yazısı ilə müşayiət edib.