İspaniya qırıcısının Estoniyanın hava məkanında olarkən təsadüfən raket atəşi açması bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Baltik ölkələri üzərində uçuşlarına qadağa qoyulması ilə nəticələnib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Yuri Luyk bildirib.
Onun sözlərinə əsasən, hadisənin bütün təfərrüatları tam araşdırılana qədər ispaniyalı pilotlar Baltik ölkələrin səmasına buraxılmayacaqlar.
O həmçinin əlavə edib ki, İspaniya qırıcılarının əvəzinə missiyanı Portuqaliya hərbi təyyarələri həyata keçirəcəklər.
Luyk qeyd edib ki, baş verən hadisə “təəssüf doğurur”.