Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə iki ölkə arasında səyahət rejimlərinin sadələşdirilməsi perspektivləri ilə bağlı müzakirə etməyi planlaşdırır.
Bu barədə Rusiya XİN-in rəsmi saytına məlumat yerləşdirilib.
Lavrov bildirib ki, iki ölkə vətəndaşlarının səyahət şərtlərinin sadələşdirilməsinin müzakirəsi planlaşdırlır:
“Türk vətəndaşlarının müəyyən kateqoriyalarına viza rejiminin liberallaşdırılmasına hazırlaşırıq.
Rusiya tərəfi eyni zamanda beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin müvafiq qurumlarının qarşılıqlı fəaliyyətinin effektivliyinin artırılacağına ümid edir”.