Türkiyədə - Ərzincanda meydana gələn ağır qəzada yeddi nəfər həyatını itirib, üç nəfər yaralanıb.
ulusestv.az “Hürriyet”ə istinadən xəbər verir ki, qəza səhər saatlarında Ərzincan-Sivas avtomagistralının Heybəli kəndi qovşağında baş verib.
İki minik maşını toqquşub. Maşınlarda ümumilikdə 10 nəfər olub. Onlardan yeddisi hadisə yerində can veriblər. Üç nəfər ağır yaralı halda Ərzincan Məngücək Qazi Təlim və Araşdırma Xəstəxanasına çatdırılıb.
Ölənlər adıçəkilən xəstəxananın morquna yerləşdirilib. Qəza ilə bağlı araşdırmalar aparılır.