ABŞ yaxın zamanlarda Suriyadakı mövcudluğu barədə qərar qəbul edəcək.
Bunu ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə birgə brifinqdə deyib.
O bildirib ki, ABŞ İŞİD-in radikallaşmasına böyük zərbə vurub.
“Buna görə biz orada idik. Bu işi bitirməyə çox yaxınıq. Bu insanlar bura gəlməyəcəklər, çünki onlar daha yoxdur”, - deyə Tramp vurğulayıb.