ABŞ prezidenti Donald Tramp ABC News telekanalının müxbirinə sataşıb.
Ağ evdə keçirilən brifinqdə jurnalist Sesiliya Veqa sual vermək istəyərkən, Trampın gözlənilməz reaksiya ilə qarşılaşıb.
ABŞ prezidenti gülə-gülə “Mən onu seçdiyim üçün o, şokdadır” deyə bildirib.
Buna cavab olaraq S. Veqa şokda olmadığını bildirsə də, Tramp bunu deyib:
“Hər şey qaydasındadır. Bilirəm ki, siz düşünmürsünüz. Siz heç vaxt bunu etməzsiniz”.