Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Donald Trampla Suriyanı müzakirə edib.
Konkret olaraq tərəflər İdlib və Münbicdəki son vəziyyətə nəzər salıblar. Söhbət zamanı digər beynəlxalq məsələlərə də toxunulub.
Qeyd edək ki, bu gündən Türkiyə və ABŞ hərbçiləri Münbicdə birgə keşik aparırlar.