İş adamı İlon Mask bəyan edib ki, “Tesla” şirkətinin jurnalist Camal Qaşıqçının qətli ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyə dəstəyindən imtina etməsi mümkündür.
ulusestv.az bu barədə CNBS-ə istinadla xəbər verir.
“Düşünürəm ki, böyük ehtimalla, biz bu addımı atacağıq”, - Mask deyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının müstəqil rifah fondu bir neçə dəfə Maska onun şirkətinin bir hissəsinin alınması xahişi ilə müraciət edib.