Fransanın sabiq prezidenti Nikolya Sarkozi qəfil Moskvaya səfər edib.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, o, Rusiyanın beynəlxalq arenada nüfuz və imicinin dəyişdiyini bildirib.
“Rusiya yenidən qüdrətli ölkəyə çevrildi. Rusiya beynəlxalq arenada öz yerini, öz taleyini bilir”, - deyə Sarkozi vurğulayıb.
Sabiq prezident Rusiya prezidenti Vladimir Putini də tərifləyib.
“Həmişə Vladimir Putinin dostu olmuşam, çünki bu adamla fikir ayrılıqlarına rəğmən danışmaq olar ”, - deyə Sarkozi bildirib.