Misirdə sarı jiletlərin pərakəndə satışı qadağan olunub.
Ölkə hökuməti həmçinin sarı jiletlərin topdansatışını nəzarətə götürmək niyyətindədir.
Qeyd edək ki, sarı jiletlər Fransada yanacağın qiymətinin artırılmasına kütləvi etirazların simvoluna çevrilib.
Misir hakimiyyətinin bu qərarı 2011-ci il kütləvi iğtişaşların ildönümü öncəsinə təsadüf etdiyi üçün bəzi mülahizələrə səbəb olub.