Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.
Bu barədə özünün “Twitter” səhifəsində Avropa Şurasının rəhbəri Donald Tusk yazıb.
“Minsk razılaşmalarının icrasında irəliləyiş olmadığından Avropa İttifaqı yekdilliklə Rusiyaya qarşı iqtisadi sanksiyaları uzadır”, - deyə o vurğulayıb.