Pentaqon ABŞ qüvvələrinin Suriyadan çıxarılması haqqında fərmanın imzalandığını təsdiqləyib.
Bu haqda TASS məlumat yayıb.
Müdafiə Nazirliyi bununla belə, hərbi kontingentin Suriyadan çıxarılması ilə bağlı müddətləri açıqlamayıb.
Xatırladaq ötən həftə ABŞ prezidenti Donald Tramp Qərbdən olan müttəfiqlərini təəccübləndirən gözlənilməz bəyanatla çıxış edərək, ABŞ qoşunlarının Suriyadan ən qısa zamanda çıxarılacağını bildirmişdi.