Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan polietilen paketləri çətənə parçasından olan torbalarla əvəzləməyi çağırıb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, Ərdoğan çətənə parçalı torbaların təbiət üçün zərərsiz olduğunu bildirib.
“Biz polietilen paketlərə müharibə elan edirik”, - deyə o, Ankarada keçirilən sipmoziumda vurğulayıb.
Qeyd edək ki, 2019-cu ilin yanvarın 1-dən etibarən Türkiyədə bütün dükanlarda plastik paketlər pulla satılır.