Əgər Yaponiyaya cənubi Kuril adalarının bir hissəsinin verilməsi təmin ediləcəksə, Rusiya ilə sülh müqaviləsinin imzalanmasına hazıram.
ulusestv.az TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla Yaponiya baş naziri Sindzo Abe çıxış edib.
O qeyd edib ki, söhbət Şikotan və Xabomai adalarından gedir.
Abenin fikrincə, hazırda İturup və Kunaşir adalarının verilməsi real görünmür.