Ukrayna və Moldova dünyanın ən pis avtomobil yoluna malik ölkələrin ilk onluğa düşüb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Global Competitiveness Index” Beynəlxalq İqtisadi Forumunun reytinqində ən pis avtomobil yolu olan 137 ölkə arasında Ukrayna 130, Moldova isə 128-ci pillədə qərarlaşıb.
Ukrayna və Moldovanın avtomobil yollarına 7 ballıq qiymətləndirmə ilə 2,5 bal verilib.
Ən yaxşı avtomobil yollarına görə ilk beşliyi Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, İsveçrə, Honkonq və Niderland tutub.