Belarus Ukrayna ilə sərhədi gücləndirir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Belarus, dövlət sərhədinin Ukrayna hissəsində sərhədçi sayını artırır, bu istiqamətdə xüsusi manevr qrupları yaradır. Sərhəd daha effektli qorunması üçün yeni avadanlıqla təchiz olunur.
Belarusun Ukrayna ilə sərhədə əlavə qüvvələr yerləşdirməsinin səbəbinə dair rəsmi izahat verilmir.