Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki Milli Sərgi Mərkəzində təşkil olunacaq 14-cü Beynəlxalq konfrans və “IDEX-2019” müdafiə sənayesi sərgisində təmsil olunacaq.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, fevralın 17-dən başlayıb 4 gün davam edəcək tədbirdə Türkiyə şirkətlərini Müdafiə Sənayesi Təşkilatı koordinasiya edəcək. Türkiyə sərgidə 23 şirkətlə təmsil olunacaq.
Qeyd edək ki, iki ildən bir keçirilən sərgi və konfrans müdafiə sənayesi məhsulları istehsalçıları və istehlakçılar üçün çox cəlbedici məkandır. “IDEX-2017” sərgisində dünyanın 57 ölkəsindən 1235 şirkət iştirak edib.