Türkiyənin təhlükəsizlik qüvvələri Ankara şəhərində geniş antiterror əməliyyatı həyata keçirib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcədən müəyyən olunan ünvanlarda aparılan əməliyyat-axtarış tədbiri nəticəsində 8 terrorçu həbs edilib. Onlardan 7-si İraq əsilli İŞİD terrorçusu, biri isə HTŞ terror qrupuna mənsub suriyalıdır. İlkin araşdırmada müəyyən edilib ki, terrorçuların hamısı Türkiyə ərazisinə qanunsuz yolla daxil olublar.