Parisdə İkinci Dünya müharibəsindən qalma partlamamış 500 kiloqramlıq Amerika aviasiya mərmisi aşkar edilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Parisin 18-ci rayonunda tikinti aparılan sahədə aşkar edilmiş aviasiya mərmisi polis prefekturasının mina təmizləmə qrupu tərəfindən partladılaraq zərərsizləşdirilib.
Mərminin zərərləşdiriməsi əməliyyatı zamanı 1800 sakin evakuasiya edilib. Parisin şimalında “Şimal vağzalı” istiqamətində qatarların gediş-gəlişi, ümumiyyətlə, nəqliyyatın hərəkəti dayandırılıb.