Ukrayna demokratik dəyərlərin gücləndirilməsi istiqamətində islahatları davam etdirməlidir.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Kiyevdə Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk söyləyib.
O bildirib ki, Maydan hadisələrində həlak olanlara ən böyük dəyər Ukraynada demokratik standartların tətbiqinin davam etdirilməsidir.
"Ukraynaya gəlmək və onun xalqına xeyir-dua vermək çox vacibdir. Siz gecə-gündüz islahatlar aparır və insanları təcavüzkarlıqdan qoruyursunuz", - deyə Tusk əlavə edib.