Keçən il xarici ölkələrə səfər edən Gürcüstan vətəndaşlarının 29 min 237 nəfəri geriyə qayıtmayıb.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, 2018-ci ildə vətəndaşların ölkədən 3 milyon 697 min 152 dəfə çıxışı qeydə alınıb. Geriyə isə 3 milyon 667 min 915 giriş qeydə alınıb.
2017-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 3 milyon 850 min 617 (çıxış) və 3 milyon 813 min 867 (giriş) olub. 36 min 750 nəfər ölkəyə geri qayıtmayıb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, 2018-ci ildə 4584 Gürcüstan vətəndaşı xarici ölkələrdən deportasiya edilib ki, onların da əsas hissəsi Türkiyə, İsrail və Almaniyadan olub.