Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım parlamentin sabiq rəhbərləri və 27-ci dövr millət vəkillərinə vida mərasimində çıxışı zamanı vəzifəsindən istefa verdiyini bildirib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, istefa ərizəsini tədbirdən sonra təqdim edəcəyini bildirən B.Yıldırım yeni spiker seçilənədək vəzifəsini icrasını İstanbuldan millət vəkili Cəlal Adana həvalə etdiyini diqqətə çatdırıb. .
B.Yıldırım istefa verməsinin əsas səbəbini bələdiyyə sədrliyinə namizədliyini irəli sürməsi ilə əlaqələndirib.