Banqladeşin paytaxtı Dəkkədə dördmərtəbəli yaşayış binasında yanğın nəticəsində 56 nəfər ölüb. Bu barədə ölkənin yanğından mühafizə və mülki müdafiə xidmətinin əməkdaşı Zülfüqar Rəhman məlumat yayıb.
ulusestv.az AZƏRTAC-a istinadla xəbər verir ki, yanğın baş verən binadan kimyəvi preparat anbarı kimi də istifadə edilib. Yanğın daha dörd tikiliyə keçib.