2019-cu ilin əvvəlindən Ukraynada 4 minə yaxın partlayıcı maddə zərərsizləşdirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə İkinci Dünya müharibəsi illərinə aid 40 aviabomba aşkarlanaraq zərərsizləşdirilib.
Zərərsizləşdirilən aviabombaların əksəriyyəti İkinci Dünya müharibəsi dövrünə aiddir.